SON XƏBƏRLƏR

Bu yolverilməzdir - Pezeşkian

2026.02.09, 11:46
Bu yolverilməzdir - Pezeşkian

İran prezidenti Məsud Pezeşkian ölkə mediasının qonşu ölkələri və rəhbərlərini təhqir etməsini yersiz və ləyaqətsiz hərəkət adlandırıb.

Gunaz.tv

Bu haqda Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.

"Bu ölkələrin prezidentləri və rəsmiləri ölkəmizlə sinerji olaraq bölgədə müharibənin qarşısını almağı və məsələlərin danışıqlar yolu ilə həllini vurğuladıqları halda, medianın qonşuları təhqir edən və ya alçaldan açıqlamalar verməsi düzgün deyil",- Pezeşkian bildirib.

Qeyd edək ki, İran mediası son günlər xüsusən Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasına qarşı əsassız ittihamlar irəli sürməkdə, müharibə başlayacağı təqdirdə hər iki ölkənin hədəf alınmasına dair materiallar yaymaqdadırlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar