SON XƏBƏRLƏR

Xameneinin müşaviri Omana səfər edir

2026.02.09, 18:03
Xameneinin müşaviri Omana səfər edir

Gunaz.tv

İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin müşaviri və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani çərşənbə axşamı rəsmi nümayəndə heyətinə rəhbərlik edərək Omanın paytaxtı Maskata səfər edəcək.

Dövlətə bağlı Tasnim xəbər agentliyinin məlumatına görə, Laricani səfər çərçivəsində Omanın yüksək vəzifəli rəsmiləri ilə görüşərək “son regional və beynəlxalq proseslər”, eləcə də “iki ölkə arasında müxtəlif səviyyələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi” məsələlərini müzakirə edəcək.

Bu səfər ABŞ-ın İrandan “mənalı danışıqlar” gözlədiyini açıqladığı bir vaxta təsadüf edir. Xatırladaq ki, ötən həftə Omanda ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkof, Cared Kuşner və CENTCOM-un komandanı admiral Bred Kuper İranın xarici işlər naziri Abbas Araqçi və digər yüksək vəzifəli iranlı rəsmilərlə görüş keçirmişdi. Bu görüş davam edən diplomatik səylərin bir hissəsi kimi qiymətləndirilir.

 

Günaz TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar