SON XƏBƏRLƏR

İran Amerika ilə danışıqları silahlı qüvvələrin dəstəyi ilə etimad duymadan davam etdirəcək

2026.02.10, 13:56
İran Amerika ilə danışıqları silahlı qüvvələrin dəstəyi ilə etimad duymadan davam etdirəcək

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran silahlı qüvvələrə güvənərək qarşı tərəfə etibar etmədən diplomatik yolu davam etdirəcək.

Gunaz.tv

Əraqçi ordu komandirləri ilə görüşdə bildirib ki, "Biz bu yolla gözlərimiz açıq, bütün keçmiş təcrübələrimizi nəzərə alaraq, qarşı tərəfə etibar etmədən və silahlı qüvvələrə inamla gedəcəyik".

İran ordusunun baş komandanı general-mayor Əmir Hatəmi də görüşdə xəbərdarlıq edib ki, İranın düşmənləri səhv hesablamalar aparsalar, görünməmiş bir cavabla üzləşəcəklər.

"Düşmənlər səhv etsələr, şübhəsiz ki, bu günə qədər nə görüb, nə də eşitmədikləri cavabla üzləşəcəklər", Hatəmi deyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar