SON XƏBƏRLƏR

Bakıda Türk dünyasının elmi birliyi müzakirə olunub

2026.02.10, 22:01
Bakıda Türk dünyasının elmi birliyi müzakirə olunub

Gunaz.tv

Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə fevralın 10-da Bakıda Azərbaycan Yazıçılar Birliyi və Türk Dünyası Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib.

Tədbirdə AYB sədri Anar bir sıra icma və qurumların Türk Dövlətləri Təşkilatına üzvlük və ya müşahidəçi statusu üçün müraciətlərini Türk dünyasına mənsubiyyət hissi ilə əlaqələndirib, türk kimliyi üzrə araşdırmaların Avrasiya ilə məhdudlaşmamalı olduğunu vurğulayıb.

Xalq şairi Sabir Rüstəmxanlı ortaq ünsiyyət dilinin vacibliyini qeyd edərək “vahid ədəbi dil” ideyasını real hesab etmədiyini bildirib. Akademik Nizami Cəfərov və professor Tofiq Məlikli isə Birinci Türkoloji Qurultayın elmi, tarixi və ictimai-siyasi əhəmiyyətini önə çəkiblər.

Konfransda türkologiyanın inkişaf perspektivləri və bu sahənin yeni mərhələyə keçidi ətrafında fikir mübadiləsi aparılıb.

 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar