SON XƏBƏRLƏR

Quterreşin Pezeşkianı təbriki iranlıların qəzəbləndirdi

2026.02.11, 12:16
Quterreşin Pezeşkianı təbriki iranlıların qəzəbləndirdi

BMT-nin Baş katibi Antonio Quterreş 12 fevral İran İslam İnqilabının ildönümü münasibətilə İran prezidenti Məsud Pezeşkianı təbrik edib.

Gunaz.tv

Bu barədə qurumun media orqanında məlumat yayılıb.

BMT-nin Baş katibi təbrik məktubunda beynəlxalq ictimaiyyətin üzləşdiyi çətinliklərə, sülhə və iqlim böhranına diqqət yetirib.

Quterreşin bu məktubu və ötən ay etiraz aksiyalarında minlərlə iranlının öldürülməsi ilə bağlı heç bir məsələyə toxunmaması İran hökumətinə müxalif təşkilatların tənqidi ilə qarşılaşıb.

Onlar, baş katibin İranda baş verənlərə laqeyd yanaşmasını onun tutduğu vəzifə və daşıdığı missiya ilə zidiyyət təşkil etdiyini bildiriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar