SON XƏBƏRLƏR

Tramp administrasiyası gizli şəkildə İrana Starlink terminalları göndərib - WSJ

2026.02.12, 20:41
Tramp administrasiyası gizli şəkildə İrana Starlink terminalları göndərib - WSJ

"The Wall Street Journal" qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Tramp administrasiyası nümayişlərə qarşı ölümcül basqınlardan və genişmiqyaslı internet kəsintilərindən sonra İrana minlərlə Starlink peyk internet terminalı göndərib.

Gunaz.tv

Hesabatda deyilir ki, İran hakimiyyəti yanvar ayında minlərlə etirazçını öldürərək etirazları yatırdırdaq və internet bağlantısını kəsdikdən sonra, ölkəyə təxminən 6000 terminal qaçaqmalçılıq yolu ilə gətirilib.

Rəsmilər bildiriblər ki, Dövlət Departamenti əvvəlki aylarda - əksəriyyəti yanvar ayında - hökumət əleyhinə fəalların internet kəsintilərini aradan qaldırmasına kömək etmək üçün təxminən 7000 terminal alıb.

Rəsmilər bildiriblər ki, Prezident Donald Tramp çatdırılmalardan xəbərdar olub, ancaq onun və ya başqa bir rəsminin əməliyyatı birbaşa təsdiqləyib-təsdiqləmədiyi bəlli deyil.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar