SON XƏBƏRLƏR

17 yaşlı Azərbaycan türkü Arya Şoqi Kərəcdə öldürülüb

2026.02.13, 14:32
17 yaşlı Azərbaycan türkü Arya Şoqi Kərəcdə öldürülüb

Təbrizin Tikmədaş şəhərindən olan və Kərəc yaşayan 17 yaşlı Azərbaycan türkü Arya Şoqi 8 yanvar axşamı rejim qüvvələri tərəfindən hədəfə alınıb və ölüb.

Gunaz.tv

Mexanik işləyən yeniyetmə işdən evə qayıdarkən Kərəcin Fərdis küçəsində dədəfə alınıb.

Arya Şoqinin ailəsinə yaxın bir mənbə bildirib ki, internet və telefon kəsintiləri səbəbindən ailəsi ondan səhərə qədər xəbər ala bilməyib. Növbəti səhər ailə oğullarını axtarmaq üçün Kəçhuii həbsxanasına göndərilib. Arya Şoqinin ailəsi onu tapmaq üçün bir neçə gün həbsxananın qarşısında gözləyib. Nəhayət, həbsxanaya baş çəkmə günü, 13 yanvarda ailəyə oğullarının həbsxanada olmadığı bildirilib.

Ailəsi Aryanın cəsədini tapdıqdan sonra onu Kərəc qəbiristanlığında dəfn edib.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar