SON XƏBƏRLƏR

Heç bir ölkə İran milli futbol komandası ilə yoldaşlıq oyunu keçirmək istəmir

2026.02.14, 12:39
Heç bir ölkə İran milli futbol komandası ilə yoldaşlıq oyunu keçirmək istəmir

“Football 360” idman saytı İran milli futbol komandasının yoldaşlıq oyunları üçün komanda tapmaqda çətinlik çəkdiyini bildirir.

Gunaz.tv

Məlumata görə, Avropa və Afrikadan olan rəqiblərlə yoldaşlıq oyunlarının keçirilməsi milli komanda menecerlərinin gündəliyində olsa da, danışıqların mühüm bir hissəsi yarımçıq qalıb və bəzi ölkələrlə aparılan danışıqlar artıq uğursuzluq ərəfəsindədir.

İspaniya Futbol Federasiyası ilə bağlanmış müqavilələrə əsasən, İran milli komandası gələn ilin iyun ayında La Korunyadakı Riazor stadionunda İspaniya ilə oynamalı idi, ancaq son xəbərlər hazırda oyunun ölkənin federasiya rəsmilərinin yeni qərarı səbəbindən ləğv edildiyini göstərir.

Məlumata görə, İran Futbol Federasiyası rəsmiləri dünya çempionatında Misirlə eyni qrupda olmaqlarını  nəzərə alaraq Afrikalı rəqibi ilə hazırlıq qarşılaşması keçirməyi planlaşdırırdı. Bu baxımdan bir neçə Afrika ölkəsinin futbol federasiyalarının rəsmiləri ilə danışıqlar aparılıb, lakin Tunis, Əlcəzair və Kamerunla danışıqlar uğursuz olub.

Bir çox müşahidəçi bildirir ki, yanvar ayında İslam Respublikasının etirazları şiddətli şəkildə yatırması dünya ictimaiyyətinin ciddi narahatlığına və İrana qarşı tənqidlərə səbəb olub. Bu, İran milli futbol komandasının yoldaşlıq oyunu keçirmək üçün rəqib tapa bilməməsinin səbəblərindən biri kimi önə sürülür.

Qeyd edək ki, bu ana olan məlumata görə, İran milli futbol komandasının təqvimində 2026-cı il Dünya Kubokuna qədər yoldaşlıq oyunu yoxdur.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar