SON XƏBƏRLƏR

İsraildə Ben Qurion hava limanında genişmiqyaslı fövqəladə təlim keçirildi

2026.02.14, 14:09
İsraildə Ben Qurion hava limanında genişmiqyaslı fövqəladə təlim keçirildi

Gunaz.tv

İranla İsrail arasında artan gərginlik fonunda Ben Qurion beynəlxalq hava limanında genişmiqyaslı fövqəladə təlim keçirilib.

Təlim mümkün raket hücumları və təhlükəsizlik böhranı ssenarilərinə hazırlıq məqsədi daşıyıb. Tədbirdə İsrail ordusu, polis, təcili yardım xidmətləri və hava limanı rəhbərliyi iştirak edib.

Məlumata görə, raket hücumu, sərnişinlərin təxliyəsi və yaralılara yardım kimi vəziyyətlər simulyasiya olunub.

Rəsmilər bildiriblər ki, İranla bağlı proseslərin gərginləşməsi ehtimalı fonunda daxili təhlükəsizliyin gücləndirilməsi prioritetdir.

Analitiklər bu təlimi regionda mümkün yeni hərbi mərhələyə hazırlıq kimi qiymətləndirirlər.

 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar