SON XƏBƏRLƏR

Təbriz Tibb Universitetinə basqın – yeni təzyiq dalğasında azı 5 tələbə saxlanılıb

2026.02.16, 21:59
Təbriz Tibb Universitetinə basqın – yeni təzyiq dalğasında azı 5 tələbə saxlanılıb

İranda etirazçılara qarşı artan təzyiqlər davam edir, “Tələbələr Birliyi” adlı Telegram kanalı 27 bəhmən ( 16 fevral 2026), bazar ertəsi günü Təbriz Tibb Universitetinin azı beş tələbəsinin saxlanıldığını bildirib.

Gunaz.tv

Məlumata görə, saxlanılan tələbələr bunlardır:

Rza Məhəmmədi – stomatologiya ixtisası
Məhəmməd Əsədi – tibb ixtisası
Əli Pərvin – əczaçılıq ixtisası
Məhəmmədəmin Sultanzadə – tibb ixtisası

Bəzi tələbələr həmçinin tibb fakültəsinin tələbəsi və İslamçı Tələbələr Birliyinin təşkilat katibi olan Daniyal Erşadməneşin də saxlanıldığı ehtimalını irəli sürürlər. Qeyd olunur ki, Əli Pərvin bundan əvvəl də saxlanılmışdı.

Məlumatlara əsasən, təhlükəsizlik qüvvələri tələbələri eyni vaxtda və məhkəmə qərarı təqdim etmədən saxlayıblar. Mənbələr bildirir ki, saxlanma zamanı mobil telefonlar və noutbuklar da daxil olmaqla şəxsi əşyalar müsadirə olunub.

Xəbər yayımlandığı ana qədər rəsmi qurumlar saxlanmanın səbəbləri, ittihamlar və saxlanılanların harada saxlanıldığı barədə açıqlama verməyib. Ailələr isə onların taleyi barədə məlumat ala bilmədiklərini bildirirlər.

Tələbə mənbələri qeyd edir ki, Təbrizdə saxlanılanların sayı açıqlanandan daha çox ola bilər və digər tələbələrə qarşı da təzyiq və çağırışlar davam edir. Bu miqyaslı saxlanmalar hakimiyyətin universitetlərin ictimai proseslərdə rolundan narahat olduğunu göstərir.

Təhlükəsizlik qurumlarının məqsədinin universitetlərdə qorxu mühiti yaradaraq yenidən təşkilatlanmış etirazların qarşısını almaq olduğu bildirilir.

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar