SON XƏBƏRLƏR

Təbrizli fəalın həyatı təhlükədədir

2026.02.17, 12:03
Təbrizli fəalın həyatı təhlükədədir

Yanvar etirazları zamanı həbs olunan təbrizli fəal Rza Tağızadə Otadinin harada saxlanılması və vəziyyəti barədə ailəsinə məlumat verilmir.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları fəalın aoiləsinə istinadən məlumat yayıb.

"Təhlükəsizlik məmurları yanvarın 9-da R.Tağızadənin evinə hücum edərək onu həbs edib, evində axtarış aparıb və ona məxsus şəxsi əşyaları müsadirə ediblər",- məlumatda bildirilib.

Həbs zamanı fəalın döyüldüyü və ağır bədən xəsarətləri almasına baxmayaraq qandallanaraq aparıldığı qeyd olunub.

Rza Tağızadə Otadinin ailəsi onun vəziyyəti haqqında bu günə kimi heç bir məlumat ala blmədiklərini və həyatda olub-olmamasından nigərn olduqlarını söyləyiblər:

"Əlaqədar dövlət qurumları və təhlükəsizlik orqanlarına müraciətlərimiz cavabsız qalıb. Son dəfə əlaqədar dövlət qurumlarına müraciətimiz zamanı, Rzanın ittihamı barədə açıqlama vermədən onun barəsində edam hökmünün çıxarılacağınıbildiriblər".

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar