SON XƏBƏRLƏR

İranda məişət texnikası kəskin bahalaşdı: 2 ayda 75 faizə qədər artım

2026.02.17, 13:40
İranda məişət texnikası kəskin bahalaşdı: 2 ayda 75 faizə qədər artım

İranda məişət texnikası bazarında son iki ay ərzində qiymətlər 50–75 faiz aralığında artıb.

Gunaz.tv

Bazar nümayəndələrinin sözlərinə görə, milli valyutanın dəyərsizləşməsi və iqtisadi qeyri-müəyyənlik qiymət sıçrayışını sürətləndirib.

Hazırda İranda 50 düymlük yerli televizorların ən aşağı qiyməti 35 milyon tümənə çatıb. 55 düymlük modellər isə 40–65 milyon tümən aralığında təklif olunur.

Soyuducuların qiyməti modelə görə ciddi fərqlənir. İkili (dondurucu ayrı) modellər 70 milyon tüməndən başlayır və bəzi hallarda 200 milyon tüməni keçir. “Side by side” modellərdə isə qiymətlər 300 milyon tümənə qədər yüksəlir.

Avtomatik paltaryuyan maşınların qiyməti minimum 35 milyon tüməndən başlayır, yüksək tutumlu modellərdə isə 130 milyon tüməni ötür. Qabyuyan maşınlar 20 milyon tüməndən başlayaraq 70–80 milyon tümənə qədər satılır.

Mütəxəssislər bildirirlər ki, İranda alıcılıq qabiliyyəti zəifləsə də, qiymət artımı tendensiyası davam edir və qısa müddətdə sabitləşmə gözlənilmir.

 

GünAzTV

R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar