SON XƏBƏRLƏR

Kreml: Rusiya İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazırdır

2026.02.18, 15:31
Kreml: Rusiya İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazırdır

Rusiya İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazır olduğunu bildirib və bunu Tehranın nüvə məsələsinin həlli istiqamətində atılan addımların bir hissəsi kimi qiymətləndirib.

Gunaz.tv

Bunu Kremlin sözçüsü Dmitry Peskov deyib.

“Biz təşəbbüs irəli sürmüşük və zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğumuzu bildirmişik, bu məsələ müzakirə olunub,” – deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, İranın nüvə məsələsinin həlli Tehran və Vaşinqton arasında aparılan danışıqların mövzusudur və nəticəni qabaqcadan söyləmək düzgün olmaz.

"The Wall Street Journal" daha əvvəl xəbər vermişdi ki, İran uranın zənginləşdirilməsini müvəqqəti dayandırmağa və ehtiyatlarının bir hissəsini Rusiya kimi üçüncü tərəfə ötürməyə hazır olduğunu bildirib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar