SON XƏBƏRLƏR

Zelenski: Donbasın verilməsini qəbul etmirik

2026.02.18, 22:16
Zelenski: Donbasın verilməsini qəbul etmirik

Ukrayna müharibəsinin dayandırılması üçün Cenevrədə aparılan siyasi danışıqlar dalana dirənib.

Gunaz.tv

“Axios”un jurnalisti Barak Ravid iki mənbəyə istinadən bildirib ki, bu gün danışıqlar faktiki olaraq “dayanıb”.

Mənbələrə görə, əsas səbəb Rusiyanın yeni baş danışıcısı Vladimir Medinskinin irəli sürdüyü mövqelər olub.

Ukrayna prezidenti Volodimir Zelenski isə “Axios”a açıqlamasında Donbasdan birtərəfli geri çəkilməni və bölgənin Rusiyaya verilməsini Ukrayna xalqının qəbul etməyəcəyini bildirib.

Donbas məsələsi tərəflər arasında əsas mübahisə mövzusu olaraq qalır və danışıqların taleyini müəyyən edir.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar