SON XƏBƏRLƏR

Tramp Britaniyaya xəbərdarlıq edib: İranın mümkün hücumuna qarşı Dieqo Qarsiya bazasının əldə saxlanılması zəruridir

2026.02.19, 11:38
Tramp Britaniyaya xəbərdarlıq edib: İranın mümkün hücumuna qarşı Dieqo Qarsiya bazasının əldə saxlanılması zəruridir

ABŞ-ın prezidenti Donald Trump çərşənbə günü Britaniyaya xəbərdarlıq edərək bildirib ki, Hind okeanında yerləşən Dieqo Qarsiya hərbi bazası üzərində nəzarət itirilməməlidir. O, bunu İran tərəfindən mümkün hücum təhlükəsi ilə əsaslandırıb.

Gunaz.tv

Tramp “Truth Social” platformasında paylaşımında yazıb ki, Böyük Britaniyanın baş naziri Keir Starmer strateji əhəmiyyətə malik bu ada üzərində nəzarəti “adını eşitmədiyimiz qurumların iddiaları” səbəbindən itirmək riski ilə üz-üzədir.

O əlavə edib ki, əgər İran diplomatik razılaşmaya getməzsə, Amerika “qeyri-sabit və təhlükəli rejim” tərəfindən Böyük Britaniya və müttəfiq ölkələrə qarşı mümkün hücumun qarşısını almaq məqsədilə həm Dieqo Qarsiya, həm də Feyrförd aviabazasından istifadə edə bilər.

2025-ci il razılaşmasına əsasən, Böyük Britaniya Çaqos Adalarını Mavriki dövlətinə təhvil verməlidir. Lakin adadakı ABŞ-Böyük Britaniya birgə hərbi bazası olan Dieqo Qarsiya 99 illik icarə əsasında fəaliyyətini davam etdirəcək.

 

Ş.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar