SON XƏBƏRLƏR

İran hücum olacağı təqdirdə Hizbullahın da müharibəyə qoşulmasını istəyib

2026.02.19, 11:49
İran hücum olacağı təqdirdə Hizbullahın da müharibəyə qoşulmasını istəyib

İran hökuməti müharibənin başlayacağı təqdirdə Livan Hizbullahından prosesə qoşulmasını istəyib.

Gunaz.tv

Bu barədə İsrailin "Ynet" xəbər agentliyi məlumat yayıb.

"İslam Respublikası müharibənin başlanmasında maraqlı olmasa da, bunun baş verəcəyi təqdirdə proksi qolunu aktiv saxlamağa çalışır",- məlumatda bildirilib.

Bildirilib ki, İsrail hadisələri izləyir və Hizbullah müdaxilə edərsə, çox ağrılı zərbə endirəcəyi barədə xəbərdarlıq edib. 

İsrail ordusu qruplaşmaya qarşı kütləvi hücum planlaşdırır, raket hücumlarına qarşı lazer sistemləri də daxil olmaqla çoxqatlı müdafiəsini gücləndirir.

Qeyd edək ki, məlumata görə, İran son bir ildə Hizbullaha 1 milyard dollardan çox maliyyə yardımı göstərib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar