SON XƏBƏRLƏR

Həmid Mehrabxani Təbrizdə həbs edilib

2026.02.19, 13:39
Həmid Mehrabxani Təbrizdə həbs edilib

Bəhai inancından olan Həmid Mehrabxani 18 fevralda Təbrizdə həbs edilib.

Gunaz.tv

Məlumata görə, təhlükəsizlik qüvvələri həmin gün onun bacısı Jalə Mehrabxaninin evinə daxil olaraq Həmid Mehrabxanini həbs ediblər.

O, Qəzvin şəhərində yaşayır və saxlanıldığı vaxt bacısının evində qonaq olub.

Bildirilir ki, əməliyyat zamanı məmurlar Jalə Mehrabxaninin evində axtarış aparıb və ona və həyat yoldaşına məxsus mobil telefon və noutbuk kimi bir sıra elektron cihazları müsadirə ediblər.

Xəbərin yayım saatınadək saxlanılma səbəbi və ona qarşı irəli sürülən ittihamlar barədə hər hansı rəsmi məlumat açıqlanmayıb.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar