SON XƏBƏRLƏR

İranda 1 ay ərzində edam edilənlərin sayı açıqlandı

2026.02.21, 11:43
İranda 1 ay ərzində edam edilənlərin sayı açıqlandı

2026-cı ilin başlamasından bu günə kimi İranda edam hökmlərinin yerinə yetirilməsi halları kəskin artıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, yanvarın 21-dən fevralın 20-ə kimi ölkənin müxtəlif şəhərlərinin həbsxanalarında ümumilikdə 337 məhbus edam edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə yarım, iki il əvvəlin eyni dövrü ilə müqayisədə isə 6 dəfə yarım çoxdur.

Qeyd edək ki, ötən il İran həbsxanalarıda 2063 nəfər edam edilib və bu son 30 ilin ən çox edamı sayılır.

GünazTV 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar