SON XƏBƏRLƏR

İranda daha bir etirazçı edam ediləcək

2026.02.24, 11:29
İranda daha bir etirazçı edam ediləcək

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi yanvar etirazlarında iştirak edən 55 yaşlı Məhəmməd Abbasi barədə edam hökmü çıxarıb.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, o, etirazlar zamanı bir hökumət məmurunun öldürülməsində günahkar bilinib.

Onun qızı Fatimə Abbasi isə hadisənin törədilməsində əlbir olmaq ittihamı ilə 25 il azadlıqdan məhrum edilib.

İnsan haqları təşkilatının bildirdiyinə görə, məhkəmə bir neçə dəqiqə sürüb və məhkumlar vəkillə təmin olunmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Beynəlxalq Əfv Təşkilatı yaydığı bəyanatda İranda 30 etirazçnın edam edilə biləcəyi barədə xəbərdarlıq edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar