SON XƏBƏRLƏR

İran uranın zənginləşdirilməsini azaltmağa hazırdır

2026.02.26, 10:36
İran uranın zənginləşdirilməsini azaltmağa hazırdır

İran ABŞ-la mümkün razılaşma çərçivəsində uranın zənginləşdirilmə səviyyəsini 60%-dən 3,67%-ə endirməyə razılaşıb.

Gunaz.tv

Bu barədə İsrailin "Kan" televizyası məlumat yayıb.

Bundan əlavə, İran 7 il ərzində uranın zənginləşdirilməsini müvəqqəti dayandırmağa hazır olduğunu bildirib.

Kan Şəbəkəsinin bildirdiyinə görə, ciddi mübahisəli məqamlardan biri İslam Respublikasının sahib olduğu və bir neçə yüz kiloqram olduğu təxmin edilən urandır. 

Bildirilib ki, Tehran bu materialın öz ərazisindən kənara çıxarılmasına qarşıdır və yalnız zənginləşdirmə səviyyəsini azaltmağa hazırdır, Vaşinqton isə bu ehtiyatları xaricə köçürməkdə israr edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar