SON XƏBƏRLƏR

Uzun müddətli müharibə olmayacaq - Vens

2026.02.27, 10:29
Uzun müddətli müharibə olmayacaq - Vens

ABŞ-ın İrana potensial hücumunun Yaxın Şərqdə uzunmüddətli münaqişəyə səbəb olmayacağına əminəm.

Gunaz.tv

Bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralın 26-da “The Washington Post“ qəzetinə verdiyi müsahibəsində deyib.

"Yaxın Şərqdə illərlə sonu görünməyən bir müharibə aparacağımız fikri – bunun baş vermə ehtimalı yoxdur", - o deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın nəzərdən keçirdiyi variantlar arasında İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi əməliyyatlar və diplomatik həll variantları var.

"The Washington Post“ qəzeti Vensin bu şərhini ABŞ-ın Tehranla böyük bir münaqişəyə girəcəyi təqdirdə asan bir çıxış yolu olmayacağına inanan bəzi xarici siyasət mütəxəssislərinin proqnozlarına cavab kimi dəyərləndirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar