SON XƏBƏRLƏR

Vaşinqtonun səfiri əməkdaşlara “bu gün” İsraili tərk etməyi tövsiyə etdi

2026.02.27, 21:51
Vaşinqtonun səfiri əməkdaşlara “bu gün” İsraili tərk etməyi tövsiyə etdi

Gunaz.tv

Bölgədə gərginliyin artması fonunda ABŞ-nin İsraildəki səfiri səfirlik əməkdaşlarına təcili müraciət edərək, İsraili tərk etmək istəyənlərin bunu “məhz bu gün” etməli olduqlarını bildirib.

The New York Times qəzetinin yaydığı məlumata görə, Mike Huckabee 27 fevral 2026-cı il səhər saatlarında göndərdiyi  e-maildə əməkdaşlara və onların ailə üzvlərinə ölkəni tərk etmək niyyətində olduqları təqdirdə bunu gecikdirməmələrini tövsiyə edib. 

O vurğulayıb ki, qeyri-zəruri əməkdaşların ayrılması ilə bağlı çağırış uçuşlara tələbatı artıra bilər və əsas məsələ ölkədən operativ çıxmaqdır.

Bununla yanaşı, məktubda “panikaya gərək yoxdur” ifadəsi də yer alıb. Bildirilir ki, bu tövsiyə yalnız ABŞ səfirliyinin əməkdaşlarına aiddir və bütün Amerika vətəndaşlarına ünvanlanmış ümumi təxliyə çağırışı deyil.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar