SON XƏBƏRLƏR

İsrail İrana zərbə endirdi

2026.02.28, 10:36
İsrail İrana zərbə endirdi

İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Ölkədə fövqəladə vəziyyət elan olunub.

Gunaz.tv

Bütün ölkə ərazisində “xüsusi və dərhal qüvvəyə minən fövqəladə vəziyyət rejiminin” tətbiq edildiyini müdafiə naziri İsrael Kats bildirib.

“İsrail Dövləti İsrailə qarşı təhdidləri aradan qaldırmaq məqsədilə İrana qarşı preventiv hücuma başlayıb.
Bununla əlaqədar yaxın vaxtlarda İsrail ərazisinə və onun mülki əhalisinə qarşı hücum gözlənilir.

Mülki müdafiə haqqında Qanuna əsasən verilmiş səlahiyyətlər çərçivəsində müdafiə naziri İsrael Kats ölkənin bütün ərazisində arxa cəbhədə xüsusi fövqəladə vəziyyət rejiminin tətbiqi barədə xüsusi sərəncam imzalayıb.

Arxa Cəbhə Komandanlığının və yerli hakimiyyət orqanlarının göstərişlərinə ciddi riayət etmək və qorunan məkanlarda qalmaq lazımdır.”

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar