SON XƏBƏRLƏR

Bəqai Xameneinin sağ olduğunu təsdiqləmədi (VİDEO)

2026.02.28, 23:47
Bəqai Xameneinin sağ olduğunu təsdiqləmədi (VİDEO)

Gunaz.tv

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai BBC-yə verdiyi müsahibədə ölkə rəhbərinin sağlamlıq vəziyyəti və harada olması ilə bağlı məlumatı təsdiqləməkdən imtina edib.

Müsahibə zamanı BBC jurnalisti Bəqaiyə belə sual ünvanlayıb: “Sistem rəhbərinin hələ də sağ olduğunu və hazırda harada yerləşdiyini təsdiqləyə bilərsinizmi?”

İsmayıl Bəqai cavabında bildirib: “Mən hər hansı bir məsələni təsdiqləyəcək mövqedə deyiləm.”

Bu açıqlama son günlər ABŞ və İsrailə aid edildiyi deyilən hücumlar fonunda İranın bəzi yüksək vəzifəli şəxslərinin və obyektlərinin hədəfə alınması barədə yayılan məlumatlar zamanı səsləndirilib. Buna baxmayaraq, İranın rəsmi qurumları rəhbərin vəziyyəti ilə bağlı indiyədək konkret və aydın informasiya təqdim etməyiblər.

Xarici İşlər Nazirliyinin sözçüsünün təsdiq və ya təkzib verməməsi media məkanında mövcud qeyri-müəyyənliyi daha da artırıb. Rəhbərin ofisi tərəfindən də bu məsələ ilə bağlı rəsmi bəyanat yayılmayıb.

Rəsmi məlumat və ya yeni açıqlama veriləcəyi təqdirdə, xəbər yenilənəcək.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar