SON XƏBƏRLƏR

İrana rəhbərlik edə biləcək yaxşı 3 seçim var- Tramp

2026.03.02, 09:36
İrana rəhbərlik edə biləcək yaxşı 3 seçim var- Tramp

İslam Respublikasına rəhbərlik edə biləcək üç çox yaxşı seçim var.

Gunaz.tv

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Nyu York Tayms“ qəzetinə müsahibəsində deyib.

Ancaq Tramp konkret ad açıqlamaqdan imtina edib.

O, Əli Laricaninin İran hökumətinə rəhbərlik etməkdə rol oynaması ehtimalı ilə bağlı suala cavab olaraq susub.

Tramp həmçinin İran ordusu, o cümlədən SRPAH zabitlərinin silahlarını İran xalqına təhvil verəcəklərinə ümid etdiyini bildirib.

 "Venesuelada etdiklərimiz, mənim üçün, mükəmməl bir ssenaridir",- o, Venesuela təcrübəsinə toxunaraq deyib. 

Tramp, həmçinin, İrana qarşı əməliyyatların dörd-beş həftə davam edə biləcəyini bildirib.

 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar