SON XƏBƏRLƏR

Tramp İrana görə İraq kürd liderləri ilə danışdı - "Axios"

2026.03.03, 10:46
Tramp İrana görə İraq kürd liderləri ilə danışdı - "Axios"

Donald Trampın İraqdakı iki əsas kürd fraksiyasının liderləri Məsud Bərzani və Bafel Talibani ilə telefonda danışıb.

Gunaz.tv

Bu barədə "Axios" məlumat yayıb.

Danışıqlarda davam edən müharibə və kürd qüvvələrinin İrana qarşı ABŞ və İsrailə kömək etməsinin mümkün yolları müzakirə olunub.

"Zənglər Benyamin Netanyahunun aylarla davam edən məsləhətləşmələrindən və lobbiçilik fəaliyyətindən sonra edilib. O, kürdlərin İslam Respublikasına qarşı ABŞ və İsrail əməliyyatları ilə bağlı proseslərdə əhəmiyyətli rol oynaya biləcəyinə inanır",- "Axios" yazıb. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar