SON XƏBƏRLƏR

CIA İran kürdlərini silahlandlrmağı planlaşdırır- CNN

2026.03.04, 09:28
CIA İran kürdlərini silahlandlrmağı planlaşdırır- CNN

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İrandakı kürd qüvvələrini silahlandırmaq planını nəzərdən keçirir.

Gunaz.tv

Bu barədə CNN məlumat yayıb.

CNN bir neçə mənbəyə istinadən bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) daxili təzyiq yaratmaq və İslam Respublikasına qarşı üsyana başlamaq məqsədilə kürd qüvvələrini silahlandırmaq planı üzərində işləyir.

Məlumata görə, Donald Tramp administrasiyası İran müxalifət qrupları və İraqdakı kürd liderləri ilə hərbi dəstək vermək ehtimalı ilə bağlı danışıqlar aparıb.

CNN mənbələrinə görə, İran-İraq sərhədi boyunca və İraq Kürdüstan bölgəsində yerləşən bəzi İran kürd silahlı qruplarının minlərlə əsgəri var və münaqişə başlayandan bəri mümkün tədbirlər barədə açıqlamalar veriblər. Öz növbəsində İnqilab Keşikçiləri bu qrupların mövqelərini onlarla dronla hədəf aldıqlarını açıqlayıb.

Bu arada, Donald Trampın İran Kürdüstan Demokrat Partiyasının rəhbəri Mustafa Hecri də daxil olmaqla bəzi kürd liderləri ilə telefon danışıqları apardığı və müharibədəki prosesləri və İraq kürd liderləri ilə əməkdaşlıq imkanlarını müzakirə etdiyi bildirilir.

Ancaq bəzi Amerika rəsmiləri belə bir planın regionda daha böyük qeyri-sabitlik və daha geniş münaqişələr də daxil olmaqla mürəkkəb nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Mərkəzi Kəşfiyyat İdarəsi hələlik mılumta rəsmi olaraq münasibət bildirməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar