SON XƏBƏRLƏR

İran hərbi dəniz qüvvələrinin üzvləri Şri-Lankaya qaçıb getdilər

2026.03.09, 10:11
İran hərbi dəniz qüvvələrinin üzvləri Şri-Lankaya qaçıb getdilər

Gunaz.tv

Məlumatlara görə, İran ordusunun hərbi dəniz qüvvələrinin bir qrup üzvü Şri-Lankanın paytaxtı Kolombo limanında dayanmış İran hərbi gəmisini tərk edərək bu ölkəyə sığınacaq istəyib.

Gunaz TV-nin əldə etdiyi məlumata əsasən, İran Hərbi Dəniz Qüvvələrinə məxsus “İRİS Buşehr” gəmisi 5 mart tarixində mühərrikdə yaranmış texniki nasazlıq səbəbi ilə Kolombo limanında dayanıb. Gəmidə ümumilikdə 208 nəfər hərbi personalın olduğu bildirilib.

Bununla belə, bəzi mənbələrin iddiasına görə, gəminin limanda dayanması yalnız texniki səbəblərlə bağlı olmayıb. Bildirilir ki, gəmi heyətinin bir hissəsi gəmini tərk edərək Şri-Lanka rəsmilərinə müraciət edib və sığınacaq istəyib.

Məlumata görə, gəmini tərk edən şəxslər Kolombo yaxınlığında yerləşən Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin bazalarından birinə aparılıb və hazırda ölkənin təhlükəsizlik orqanlarının nəzarəti altında saxlanılır.

Mənbələr bildirir ki, bu hadisə son dövrlər İran daxilində baş verən hadisələr və artan gərginlik fonunda bəzi hərbçilər arasında narahatlıq və etimadsızlığın güclənməsi ilə əlaqələndirilir.

Rəsmi Tehran isə məsələ ilə bağlı hələlik hər hansı açıqlama verməyib.

Əlaqəli Xəbər   Şri-Lanka sahilləri yaxınlığındakı başqa bir İran hərbi gəmisindən 200-dən çox dənizçini təxliyə edilib

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar