SON XƏBƏRLƏR

ABŞ İrana quru qoşun göndərə bilər

2026.03.11, 01:56
ABŞ İrana quru qoşun göndərə bilər

Gunaz.tv

ABŞ-da yüksək rütbəli bir senator İranla bağlı keçirilən məxfi brifinqdən sonra Vaşinqtonun İrana quru qoşun göndərməsi ehtimalından danışıb və bunun amerikalı hərbçilərin həyatı üçün ciddi risk yarada biləcəyini bildirib.

ABŞ Senatının tanınmış üzvlərindən biri İranla bağlı vəziyyət barədə keçirilən məxfi məlumatlandırma iclasından sonra ABŞ-ın daha geniş bir münaqişəyə cəlb olunması və hətta İrana quru qoşun göndərilməsi ehtimalının gündəmə gəldiyini deyib.

ABŞ senatoru Riçard Blumental bildirib ki, o bu iclasdan ciddi narahatlıq və narazılıq hissi ilə çıxıb. Onun sözlərinə görə, Senatda keçirdiyi on beş il ərzində çox az iclas onu bu qədər məyus və qəzəbli edib.

Amerikalı senator xəbərdarlıq edib ki, bəzi əlamətlər ABŞ-ın elə bir istiqamətə doğru getdiyini göstərir ki, bu proses nəticədə İrana quru qoşunların göndərilməsi ilə nəticələnə bilər.

O həmçinin qeyd edib ki, münaqişə genişlənərsə, digər beynəlxalq oyunçuların da prosesə qoşulması ehtimalı var və Rusiya İranı aktiv şəkildə dəstəkləyə bilər.

 

GünAzTV
R.G


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar