SON XƏBƏRLƏR

Londonda Qüds gününün keçirilməsi qadağan edildi

2026.03.11, 15:39
Londonda Qüds gününün keçirilməsi qadağan edildi

​​​​​​​Böyük Britaniya Daxili İşlər Naziri, ictimai iğtişaşların qarşısını almaq məqsədilə paytaxt Londonda Qüds günü yürüşünün qadağan edilməsi ilə bağlı Metropoliten Polisinin tələbini qəbul edib. 

Gunaz.tv

Bu barədə naziliyin yaydığı bəyanatda bildirilib.

Qadağa qərarının əsas səbəbi kimi yürüş təşkilatçılarının Əli Xaməneiyə dəstəyi göstərilib.

Qərar Leyborist və Mühafizəkar millət vəkillərinin yürüşün qadağan edilməsi ilə bağlı çağırışlarından sonra verilib. Bu, Metropoliten Polisinin 2012-ci ildən bəri ilk dəfə etiraz yürüşünü qadağan etməsidir.

Qeyd edək ki, ilk dəfə 1982-ci ildə Ruhullah Xomeyninin təşəbbüsü ilə "Fələstinin azadlığına dəstək" və İsrailin məhv edilməsi tələbi ilə İsrailə qarşı mitinq keçirilib.

O vaxtdan İranda, Livanda və bir neçə başqa ölkədə İranın maliyyələşdirdiyi və ələ aldığı qruplar hər il Ramazan ayının sonuncu cümə günü bu cür aksiyalar keçirir, İranın siyasi-ideoloji müharibəsinə dəstək verirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar