SON XƏBƏRLƏR

BMT-də Moskvanın planı rədd edildi 

2026.03.12, 06:59
BMT-də Moskvanın planı rədd edildi 

Gunaz.tv

Yaxın Şərqdə toqquşmaların dayandırılması ilə bağlı Rusiyanın təqdim etdiyi təklif Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qəbul edilməyib.

İrana qarşı qətnamə üzrə səsvermə ilə yanaşı, Rusiyanın Təhlükəsizlik Şurasına təqdim etdiyi ayrıca təklif də qəbul olunmayıb.

Bu təklif üzrə keçirilən səsvermədə yalnız dörd ölkə lehinə səs verib, iki ölkə əleyhinə çıxıb, doqquz ölkə isə bitərəf qalıb.

Səsvermənin nəticələri açıqlanandan sonra Rusiyanın BMT-dəki səfiri ilə ABŞ nümayəndəsi arasında gərgin söz mübadiləsi baş verib.

Rusiyanın təqdim etdiyi təklif regionda hərbi fəaliyyətlərin dərhal dayandırılmasını, Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısının alınmasını və tərəflərin qısa müddətdə danışıqlara qayıtmasını nəzərdə tuturdu.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar