SON XƏBƏRLƏR

İran İraqda Fransa hərbçilərinə dron hücumu edib

2026.03.13, 10:19
İran İraqda Fransa hərbçilərinə dron hücumu edib

İranın İraqın Ərbil şəhərinə endirdiyi zərbələr zamanı fransalı hərbçi Arno Frion həlak olub.

Gunaz.tv

Bunu Fransa Prezidenti Emmanuel Makron özünün X səhifəsində yazıb.

Ərbil qubernatoru Omed Koşnava da bildirib ki, İran Ərbildə peşmərgənin bazasına PUA zərbələri endirib.

Onun sözlərinə görə, zərbələr nəticəsində daha 6 fransalı hərbçi yaralanıb.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri İran Ərbilə bir neçə dəfə zərbələr endirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar