SON XƏBƏRLƏR

Xark adasında hərbi hədəflər məhv edilib

2026.03.14, 09:13
Xark adasında hərbi hədəflər məhv edilib

ABŞ Silahlı Qüvvələri İranın Xark adasında yerləşən hərbi obyektlərinə güclü zərbə endirib.

Gunaz.tv

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

“Az əvvəl mənim göstərişimlə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Yaxın Şərq tarixində ən güclü bombardmanlardan birini həyata keçirdi və İran üçün strateji əhəmiyyət daşıyan Xarq adasındakı bütün hərbi hədəflər tamamilə məhv edildi”, – deyə ABŞ prezidenti qeyd edib.

İranın rəsmi dövlət mediası da Xark adasında 15 partlayışın baş verdiyini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar