SON XƏBƏRLƏR

İslam Respublikasına alternativ İranın İçindədir - Sünni din xadimi

2026.03.14, 09:49
İslam Respublikasına alternativ İranın İçindədir - Sünni din xadimi

İslam Respublikasına alternativ İranın İçindədir. İranda siyasi keçidin əsl liderlərin ölkə daxilində, xüsusən də həbsxanalardadır və onlar azadlığa buraxılmalıdırlar.

Gunaz.tv

Bunu Zahidan şəhərinin sünni din xadimi və Məkki məscidinin cümə imamı  Moləvi Əbdülhəmid deyib.

Onun ötən gün cümə namazındakı çıxışında xaricdəki müxalifətlə bağlı son siyasi proseslərlə bağlı açıqlamaları siyasi və media dairələrində geniş rezonans doğurub.

Çıxışında o, son üç ildə dəfələrlə qeyd etdiyi kimi, dəyişiklik və İrandakı mövcud böhranların aradan qaldırılmasının yalnız daxili fiqurların rolu ilə mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu insanlar azadlığa buraxılarsa, ölkəni kritik şəraitdən və müharibə riskindən xilas edə bilərlər.

O, çıxışında xaricdəki hərəkətləri dolayı yolla tənqid edib və Rza Pəhləviyə aid edilən hərəkat da daxil olmaqla, xaricdə yerləşən müxalifətin İrandakı siyasi keçid prosesini idarə edə bilmədiyini bildirib. 

Sünni din xadiminin bu açıqlamaları, sosial mediada İran sünniləri arasında siyasi keçidə rəhbərlik etmək iddiasında olan Rza Pəhləvinin açıq şəkildə müxalifət əlaməti kimi qiymətləndirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar