SON XƏBƏRLƏR

Amsterdamda yəhudi məktəbinin yaxınlığında partlayış olub

2026.03.14, 12:19
Amsterdamda yəhudi məktəbinin yaxınlığında partlayış olub

Bu gün səhər saatlarında Niderlandın paytaxtı Amsterdamda bir yəhudi məktəbinin yaxınlığında partlayış baş verib və məktəb binasına ziyan dəyib.

Gunaz.tv

Bu barədə "Reuters"  xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində insan itkisi olmayıb, sadəcə binaya məhdud ziyan dəyib.

Amsterdam meri Femke Halsema hadisənin yəhudi icmasına qarşı qəsdən hücum kimi qəbul edildiyini bildirib. 

O, zərərin məhdud olmasına baxmayaraq, şəhər rəsmilərinin və təhlükəsizlik qüvvələrinin hadisəni ciddiyə aldığını və günahkarların müəyyən edilməsi üçün araşdırma aparıldığını vurğulayıb.

Partlayışın səbəbi və ya motivi barədə əlavə məlumat verilməsə də, qeyri-rəsmi mənbələr bunun İrana bağlı qüvvələr tərəfindən həyata keçirildiyini iddia edirlər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar