SON XƏBƏRLƏR

Vaşinqton İrana qarşı hərbi əməliyyatın başa çatmasını elan etməyə hazır deyil - Tramp

2026.03.16, 10:33
Vaşinqton İrana qarşı hərbi əməliyyatın başa çatmasını elan etməyə hazır deyil - Tramp

Vaşinqton hazırda İrana qarşı hərbi əməliyyatın başa çatmasını elan etməyə hazır deyil.

Gunaz.tv

Bunu ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

"Mən hələlik bunun bitdiyini elan etmirəm", - deyə o qeyd edib və əlavə edib ki, Tehran danışıqlara hazır deyil.

Tramp, neftin bahalaşmasına görə İranın nüvə ambissiyalarına göz yummayacağına diqqət çəkib:

"Siyasi nəticələrə və ya neftin qiymətinin üç, dörd həftə və ya iki ay müddətinə artacağına görə İslam Respublikasının nüvə silahı əldə etməsinə və bölgəni alovlandırmasına icazə verə bilmərəm".

Ağ Ev rəhbəri həmçinin bildirib ki, Vaşinqton Hörmüz boğazı da daxil olmaqla, strateji əhəmiyyətli boğazlarda birgə patrul təşkil etmək imkanları barədə yeddi ölkə ilə məsləhətləşmələr aparır.

"Biz boğazlarda patrul təşkili ilə bağlı digər ölkələrlə danışıqlar aparırıq", - o vurğulayıb.

Bundan əvvəl Tramp Hörmüz boğazında kömək etməkdən imtina edəcəkləri təqdirdə, NATO ölkələrini "çox pis gələcək"lə təhdid etmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar