SON XƏBƏRLƏR

Ərəb dövlətləri İranın hücumları ilə bağlı BMT İnsan Hüquqları Şurasında təcili müzakirə tələb edir

2026.03.19, 14:43
Ərəb dövlətləri İranın hücumları ilə bağlı BMT İnsan Hüquqları Şurasında təcili müzakirə tələb edir

Bir sıra ərəb dövlətləri BMT İnsan Hüquqları Şurasında çərçivəsində İranın Yaxın Şərqdə mülki şəxslərə və enerji infrastrukturuna endirdiyi zərbələrlə bağlı təcili müzakirə keçirilməsini tələb edib.

Gunaz.tv

Bu barədə "Reuters" məlumat yayıb.

Ərəb dövlətlərinin müraciətində İranın raket və pilotsuz uçuş aparatları ilə hücumları “beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi narahatlıq doğuran vəziyyət” kimi qiymətləndirilib.

Qətnamə layihəsində İrandan mülki infrastruktura və Hörmüz Boğazında ticarət gəmilərinə qarşı hücumları dayandırmaq tələb olunur və vurulan ziyana görə kompensasiya verilməsi məsələsi qaldırılır.

Şura müraciətin daxil olduğunu təsdiqləyib və müzakirənin keçiriləcəyi tarix üzərində işlədiyini bildirib.

 

C

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar