SON XƏBƏRLƏR

Somalinin dəniz quldurları İran gəmisini qaçırıb

2026.03.26, 16:19
Somalinin dəniz quldurları İran gəmisini qaçırıb

İranın bir yedək gəmisi Somali piratları tərəfindən qaçırılıb.

Gunaz.tv

Bu barədə Britaniyanın gəmiçilik məlumat şirkəti Lloyd's List məlumat yayıb.

Məlumata görə, İran bayrağı altında üzən Əl-Vasimə yedək gəmisinin Somalinin paytaxtı Moqadişodan 400 dəniz mili şərqdə, Hind okeanında ələ keçirilib.

Avropa Birliyinin Hind Okeanı Dəniz Təhlükəsizliyi Mərkəzi yedək gəmisinin qaçırılmasını təsdiqləyərək, Somali piratlarının İran yedək gəmisindən daha böyük gəmilərə hücumlar üçün "ana gəmi" kimi istifadə etmə ehtimalının yüksək olduğu bildirib.

Bununla yanaşı gəmilərin qaçırılan İran yedək gəmisindən 200 kilometr radiusda üzməkdən çəkinməli olduqları barədə xəbərdarlıq edilib.

İran rəsmiləri hələlik yedək gəmisinin və onun heyətinin qaçırılmasına reaksiya verməyiblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar