SON XƏBƏRLƏR

İran Dubayda Ukrayna ilə əlaqəli dron anbarını vurduğunu iddia edir

2026.03.28, 17:29
İran Dubayda Ukrayna ilə əlaqəli dron anbarını vurduğunu iddia edir

İranın birgə hərbi komandanlığı dövlət mediasında yayımlanan açıqlamada Dubatda Ukrayna ilə əlaqəli olduğu iddia edilən dron anbarına zərbə endirildiyini bildirib. Lakin bu iddianı təsdiqləyən sübut təqdim olunmayıb.

Gunaz.tv

Açıqlamada Xatəm əl-Ənbiya qərargahı həmin anbarda Ukrayna vətəndaşı olan 20-dən çox şəxsin olduğunu və onların taleyinin naməlum qaldığını qeyd edib.

Lakin brifinq zamanı Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Heorhi Tikhi İranın bu iddialarını “yalan” adlandırıb. Bu barədə Suspilne məlumat yayıb.

Qeyd edək ki, bu iddia Volodomir Zelenskinin Körfəz bölgəsinə səfərdə olduğu və Səudiyyə Ərəbistanı, BƏƏ Qətər liderləri ilə danışıqlar apardığı bir vaxta təsadüf edib.

 

C

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar