SON XƏBƏRLƏR

BƏƏ iranlıların yaşayış vizalarını ləğv edib

2026.03.29, 15:14
BƏƏ iranlıların yaşayış vizalarını ləğv edib

SEPAHın Birləşmiş Ərəb Əmirliklərinə qarşı təkrarlanan hücumlarından sonra bu ölkə xaricdə olan “bir çox” iranlı sakinin yaşayış vizasını ləğv edib.

Gunaz.tv

Məlumatlara görə, BƏƏ-nin “qızıl viza”sına sahib olan bəzi iranlılar da bu rəsmi qərardan kənarda qalmayıb və onların yaşayış icazələri də ləğv edilib.

ABŞ və İsrailin İranla müharibəsinin başlanmasından etibarən BƏƏ və Fars körfəzinin cənubundakı digər ərəb ölkələri Sepahın cavab hücumlarının hədəfinə çevrilib. Bildirilir ki, yalnız BƏƏ indiyədək İran tərəfindən iki mindən çox raket və pilotsuz uçuş aparatı hücumuna məruz qalıb.

BƏƏ bu məsələ ilə bağlı hələlik rəsmi bəyanat yaymayıb.

Əvvəlcə yaşayış icazələrinin ləğvi iş və ailə vizalarını əhatə edib. Lakin BƏƏ-də yaşayan iranlılardan daxil olan məlumatlara əsasən, cümə günü, 7 aprel tarixindən etibarən bu qərarın əhatə dairəsi genişlənib və şirkət sahibləri ilə yanaşı, əmlak sahibi olan bəzi “qızıl viza” sahiblərini də əhatə edib.

Digər məlumatlara görə, son günlər BƏƏ-dən Oman və Türkiyə kimi ölkələrə səfər edən iranlılar geri qayıda bilməyib, çünki aviaşirkətlər onları reyslərə buraxmaqdan imtina edib.

Eyni zamanda sosial şəbəkələrdə yayılan xəbərlər göstərir ki, hazırda BƏƏ-də olan bəzi iranlılar da bu qərarın təsirindən kənarda qalmayıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar