SON XƏBƏRLƏR

Xameneiyə yaxın fiqur və atom bombası doktrinasının tərəfdarı hədəfə alındı

2026.04.02, 01:52
Xameneiyə yaxın fiqur və atom bombası doktrinasının tərəfdarı hədəfə alındı

Kamal Xəraziyin həyat yoldaşı öldü; özü ağır vəziyyətdədir!

Gunaz.tv

"Gunaz TV"nin məlumatına görə, İran mediası çərşənbə axşamı bildirib ki, Tehran şəhərinin Acudanıye bölgəsində 1 mart tarixində bir bina zərbəyə məruz qalıb.

Məlumatlara əsasən, İranın sabiq xarici işlər naziri Kamal Xərazi bu hücumda ağır yaralanıb və həyat yoldaşı həlak olub.

Hesabatların davamında qeyd olunur ki, Kamal Xərazinin evi hədəfə alınıb, onun həyat yoldaşı və oğlu öldürülüb, özü isə yaralanıb. Bildirilib ki, onun vəziyyəti ağırdır və komadadır.

Kamal Xərazi İranın keçmiş xarici işlər naziri, Əli Xameneinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədridir.

O, daha əvvəl demişdi: "Təhdid olunuruqsa, doktrinamızı dəyişməli və atom bombası istehsalına doğru getməliyik."

Kamal Xərazi Əli Xameneiyə yaxın fiqurlardan biri hesab olunur. O, Məhəmməd Xatəminin prezidentliyi dövründə, İranın xarici işlər naziri olub.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar