SON XƏBƏRLƏR

İran müharibəsinin gələcəyi üzrə qlobal proqnoz | Quru hücum ehtimalı yüksəkdir

2026.04.02, 02:08
İran müharibəsinin gələcəyi üzrə qlobal proqnoz | Quru hücum ehtimalı yüksəkdir

Gunaz.tv

"Gunaz TV"nin məlumatına görə, “Polymarket” proqnoz və mərc platformasının istifadəçiləri İran müharibəsinin gələcəyi və hakimiyyətin vəziyyəti ilə bağlı proqnozlar verərək mərc ediblər.

“Polymarket” yüz milyonlarla dollar dövriyyəyə malik dünyanın ən böyük proqnoz bazarlarından biri hesab olunur və onun məlumatları çox vaxt siyasi və təhlükəsizlik sahəsində fəaliyyət göstərən analitiklərin və mütəxəssislərin qiymətləndirmələrinin əksi kimi qəbul edilir.

Bu platformada yayımlanan son statistikaya əsasən, cari ayda İran hakimiyyətinin süqut ehtimalı cəmi 4 faiz qiymətləndirilib. Həmçinin yaxın üç ay üçün bu göstərici təxminən 11 faiz olaraq açıqlanıb.

Bununla yanaşı, ABŞ-ın 2026-cı ilin sonuna qədər İrana qarşı quru hücum ehtimalı təxminən 47 faiz hesablanıb ki, bu da münaqişənin daha geniş miqyasda hərbi mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqların artdığını göstərir.

Bu rəqəmlər onu göstərir ki, daxili böhranlar və xarici təzyiqlərə baxmayaraq, bu bazarın iştirakçıları qısa müddətdə hakimiyyətin süqutunu aşağı ehtimal kimi qiymətləndirir. Eyni zamanda ABŞ-ın birbaşa hərbi müdaxiləsinin ehtimalı xeyli yüksək hesab olunur.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar