SON XƏBƏRLƏR

Reuters: ABŞ-a məxsus qırıcı təyyarə vurulu

2026.04.03, 21:02
Reuters: ABŞ-a məxsus qırıcı təyyarə vurulu

ABŞ qırıcısının İranda vurulması; iki pilotun tapılması üçün əməliyyat davam edir.

Gunaz.tv

Reuters agentliyinin bir ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ-a məxsus qırıcı təyyarə vurulub və ekipajın tapılması üçün axtarış əməliyyatı davam edir.

Məlumatlara əsasən, ABŞ qüvvələri dərhal helikopterlər və hava dəstəyi ilə axtarış-xilasetmə əməliyyatına başlayıb. ABŞ daha əvvəl belə hallara hazırlıq məqsədilə İraq, Suriya və Fars körfəzi bölgəsində xüsusi infrastruktur qurub.

Qırıcının iki nəfərlik ekipajının taleyi hələ də naməlum olaraq qalır və onların vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.

Hesabatlara görə, vurulan təyyarə F-15 tipli, ehtimal ki, iki ekipaj üzvü olan F-15E Strike Eagle modelidir. Yayılan görüntülərdəki qalıqlar, o cümlədən gövdə hissələri və katapult oturacağı bu modelə uyğun gəlir. Halbuki ilkin məlumatlarda F-35 qırıcısının vurulduğu iddia olunmuşdu.

Bu hadisə mövcud qarşıdurmalar başlayandan bəri ABŞ-a məxsus bir qırıcı təyyarənin İran üzərində vurulmasının ilk təsdiqlənmiş halı hesab olunur.

Bir neçə ABŞ mənbəsi bu xəbəri təsdiqləsə də, Pentaqon və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hələlik rəsmi açıqlama yaymayıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar