SON XƏBƏRLƏR

Zelenski: Rusiya İsrail infrastrukturuna dair kəşfiyyat məlumatlarını İrana verib

2026.04.05, 16:25
Zelenski: Rusiya İsrail infrastrukturuna dair kəşfiyyat məlumatlarını İrana verib

Gunaz.tv

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya İsrail infrastrukturuna dair kəşfiyyat məlumatlarını hədəfə almaq üçün İrana ötürüb.

O, Moskva ilə Tehran arasında hərbi və kəşfiyyat əməkdaşlığına diqqət çəkərək deyib: “Rusiya həssas məlumatları İrana verib ki, bu məlumatlar İsraildə konkret hədəflərə qarşı istifadə olunsun.”

Zelenski daha əvvəl də bildirmişdi ki, Rusiya ABŞ-ın Səudiyyə Ərəbistanındakı hava bazasına aid peyk görüntülərini İrana təqdim edib.

Bu açıqlamalar son illərdə Rusiya ilə İran arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın artdığı bir vaxtda səslənir və tərəflər arasında məlumat və texnologiya mübadiləsi ilə bağlı narahatlıqları gücləndirir.

 

GünAzTV
R.G

 

Zelenski: Rusiya ABŞ bazalarının peyk görüntülərini İrana verir

2026.03.29, 15:43

Zelenski: Rusiya ABŞ bazalarının peyk görüntülərini İrana verir

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar