SON XƏBƏRLƏR

İstanbulda İsrail Konsulluğunun yaxınlığında atışma- YENİLƏNİB 

2026.04.07, 14:23
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atışma- YENİLƏNİB 

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısındakı atışmada bir şübhəli öldürülüb.

Gunaz.tv

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında baş verən silahlı insident zamanı bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib.

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında baş verən silahlı insidentlə bağlı istintaq başlanılıb.

Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial media hesabında yazıb.

Onun sözlərinə görə, istintaq çərçivəsində baş prokurorun müavini və iki rayon prokuroru vəzifələndirilib:

"Onlar hadisə yerinə gedərək araşdırmalara başlayıb. Hadisənin bütün aspektləri ilə aydınlaşdırılması məqsədilə hüquq-mühafizə qurumları birgə işləri davam etdirir, istintaq diqqətlə və hərtərəfli şəkildə aparılır".

13:49

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib.

İnsident zamanı üç nəfər zərərsizləşdirilib.

Bundan başqa, iki polis əməkdaşının da hadisə zamanı yaralandığı qeyd olunub.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar