SON XƏBƏRLƏR

İllər boyu İran müdaxiləsindən əziyyət çəkmişik- Suriya XİN

2026.04.10, 14:26
İllər boyu İran müdaxiləsindən əziyyət çəkmişik- Suriya XİN

Dəməşq Yaxın Şərqdəki dağıdıcı müharibədən uzaqlaşmaq prinsipinə sadiq qalır.

Gunaz.tv

Bunu Suriya xarici işlər naziri Əsəd əl-Şeybani deyib.

Ankaradan türkiyəli həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransında danışan nazir bildirib ki, Suriya 14 ildən çoxdur ki, İran və onun proksi qüvvələrinin müdaxiləsindən əziyyət çəkir.

Əş-Şeybani İranın bu müdaxiləsinin Suriyadakı çətin vəziyyəti xeyli pisləşdirdiyini, bir milyon suriyalının ölümünə, 15 milyon insanın isə qaçqın düşməsnı səbəb olduğunu vurğulayıb.

O, həmçinin qeyd edib ki, İranın Suriyaya bu müdaxiləsi nəticəsində infrastruktur ciddi şəkildə zədələnib, dörd milyon ev dağılıb və minlərlə insan itkin düşüb:

"Bu da bu cinayətlərin sübutudur".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar