SON XƏBƏRLƏR

Britaniya XİN rəhbəri: Hörmüzdə rüsum qanunsuzdur

2026.04.10, 19:37
Britaniya XİN rəhbəri: Hörmüzdə rüsum qanunsuzdur

Gunaz.tv

Günaz TV-nin məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Hörmüz boğazında gəmilərdən rüsum alınmasını “dəniz hüququna zidd” adlandırıb.

Nazir bildirib ki, beynəlxalq su yollarında rüsum tətbiqi mövcud qanunlarla ziddiyyət təşkil edir və bu cür addımlar qəbul edilə bilməz.

İvet Kuper Hörmüz boğazının açıq qalmasının vacibliyini vurğulayaraq deyib ki, heç bir ölkə belə bir su yolunu bağlaya bilməz, çünki bu addım dəniz hüququnun əsas prinsiplərinə ziddir.

O, əlavə edib ki, beynəlxalq su yollarından keçid üçün rüsum tələb olunması da qanunsuzdur və bildirib: “Dənizçilik azadlığı o deməkdir ki, gəmiçilik sərbəst və ödənişsiz olmalıdır.”

Eyni zamanda, Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ prezidenti Donald Tramp telefon danışığında Hörmüz boğazının yenidən açılması ilə bağlı növbəti addımları müzakirə ediblər.


Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar