SON XƏBƏRLƏR

Trampdan iranlılara sərt mesaj: “Onların heç bir təzyiq vasitəsi yoxdur”

2026.04.10, 21:20
Trampdan iranlılara sərt mesaj: “Onların heç bir təzyiq vasitəsi yoxdur”

Gunaz.tv

Günaz TV-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp son 24 saat ərzində “Truth Social” platformasında paylaşdığı mesajlarda İranla bağlı gərginlik fonunda yeni və sərt mövqelərini açıqlayıb.

Tramp bu paylaşımlardan birində İranın beynəlxalq su yollarındakı roluna toxunaraq yazıb: “İranlılar sanki anlamırlar ki, onların heç bir kozırı yoxdur, yalnız beynəlxalq su yollarından istifadə etməklə dünyanı qısa müddətli şantaj etməkdən başqa. Bu gün hələ də mövcud olmalarının yeganə səbəbi danışıqlardır!”

O, digər paylaşımında isə İran hökumətinin media fəaliyyətini hədəf alaraq bildirib: “İranlılar saxta xəbər mediasını və ‘ictimai əlaqələri’ idarə etməkdə döyüşməkdən daha yaxşıdırlar!”

Bu açıqlamalar ABŞ ilə İran hökuməti arasında son həftələrdə artan gərginlik və paralel olaraq davam edən danışıqlar cəhdləri fonunda səsləndirilib.

 


Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar