SON XƏBƏRLƏR

BƏƏ: Hörmüz İranın nəzarətində deyil

2026.04.13, 00:24
BƏƏ: Hörmüz İranın nəzarətində deyil

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Əbu-Dabi Milli Neft Şirkətinin rəhbəri “Sultan əl-Cabir” bildirib ki, Hörmüz boğazı heç vaxt İranın nəzarətində olmayıb ki, onu bağlasın və ya hərəkəti məhdudlaşdırsın.

O, X sosial şəbəkəsində yazıb: “Hörmüz boğazı heç vaxt İranın nəzarətində olmayıb ki, onu bağlasın və ya hərəkəti məhdudlaşdırsın.”

Əl-Cabir bu vəziyyətin iqtisadi nəticələrinə toxunaraq vurğulayıb ki, dünya bu strateji keçidin bağlı qalmasına tab gətirə bilməz.

Bu açıqlamalar regionda gərginliyin artdığı və Hörmüz boğazında hərəkətin məhdudlaşmasının qlobal enerji bazarlarına ciddi təsir göstərdiyi bir vaxta təsadüf edir.

 

Günaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar