SON XƏBƏRLƏR

ABŞ senatoru Tehrana xəbərdarlıq etdi: Hücum olsa, müdaxilə edəcəyik

2026.04.13, 20:11
ABŞ senatoru Tehrana xəbərdarlıq etdi: Hücum olsa, müdaxilə edəcəyik

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə; ABŞ-ın respublikaçı senatoru Tom Koton bildirib ki, İranın Səudiyyə Ərəbistanı və ya BƏƏ-yə hər hansı hücumu halında Vaşinqton “səssiz qalmayacaq” və müdaxilə edəcək.

Koton bazar ertəsi, 13 aprel tarixində “Fox and Friends” proqramına verdiyi müsahibədə qeyd edib ki, Səudiyyə Ərəbistanı və ya BƏƏ limanlarına hücum atəşkəsin pozulması sayılacaq və ABŞ-ın öz qüvvələrini və regional tərəfdaşlarını qorumaq üçün reaksiyasına səbəb olacaq.

O bildirib: “Aydındır ki, biz sadəcə oturub bunu izləməyəcəyik. Biz yenidən hərəkətə keçəcəyik.”

Senator həmçinin ABŞ prezidentinin İranla bağlı dəniz blokadası qərarına toxunaraq əlavə edib: “Prezident Trampın mesajı çox sadədir; ya bütün gəmilər çıxacaq, ya da heç biri çıxmayacaq.”

Koton vurğulayıb ki, ABŞ donanmasının Hörmüz boğazını nəzarətə götürməsi “hərbi sıxac” rolunu oynayacaq və İranın neft gəlirlərini hədəf alacaq.

O qeyd edib: “Bu, rejimin əsas gəlir mənbəyidir və regiondakı hərbi qüvvələrini və proksi qruplarını maliyyələşdirmək üçün istifadə olunur. Buna görə də bu addım İranı həm hərbi, həm də iqtisadi təzyiq altına salacaq.”

Bu açıqlamalar regionda gərginliyin artdığı və Hörmüz boğazının İranla ABŞ arasında əsas qarşıdurma nöqtələrindən birinə çevrildiyi bir vaxtda səsləndirilib.

 

Günaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar